Bəri bax
Başına döndüyüm alagöz ceyran,Aç gözünü, amandır, bir bəri bax.Yar olan yarına eylər bir çarə,Halım olub yaman, bir bəri bax.
Giriftar eylədin dərdə məni də,Gül durubdu, sevdiyim, sağ yanında,Mən ovçuyam sən maralın dağında,Sürüdən ayrılmış, ceyran, bəri bax.
Cüməni salmısan sən yanar oda,Qoymadın, əzizim, yetəm murada,Əslini bilmədim, ey mələkzadaHurisən, Pərisən, qılman, bəri bax.
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-cume-beri-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Nəyimə gərəkdirDindirmirsən, könül bağı xəzandır,Bülbül küsən bağ nəyimə gərəkdir?
Noldı sana gər yol ola divanə könüldənNoldı sana gər yol ola divanə könüldən,Yol olmış ola dünyada bir cana könüldən.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah