Vermənəm könlümü bir dilbərə bundan sonra
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Vermənəm könlümü bir dilbərə bundan sonra,Olmanam aşiq o siminbərə bundan sonra.
Aldı iymanımı əldən, məni bidin elədi,Aşina olmanam ol kafərə bundan sonra.
Oxşayır mahi-fələk çünki üzari-yarə,Baxmanam mən bu məhi-ənvərə bundan sonra.
Badənin ləli-ləbi-dilbərə çün nisbəti var,Tökmənəm badəni mən sağərə bundan sonra.
Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm,Kimsə rəğbət eləməz ənbərə bundan sonra.
Dəxi ol sərvqədin kuyinə cənnət deyibənGəzmənəm küçələri heyvərə bundan sonra.
Макта — последний бейт с тахаллусом поэта. Etmənəm zülfüvün ovsafını, şair deməsinO pəri Seyyidi-qəmpərvərə bundan sonra.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-vermenem-konlumu-bir-dilbere-bundan-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)Меджнуна встретить путнику пришлось,Печали пленник, он собаку нес.
Münəccim əhvalatı (Var idi bir münəccimi-dana)Var idi bir münəccimi-dana,Nəzərində əyan nücumi-səma.
ÖyüdEy oğul, həzrəti-rəsulüllahDedi: – “Əlkasibü həbibullah”.
Стихи других поэтов · О любви
Əvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri