Həccacın seyidləri qırması
Necə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,Böylə mərr etmiş idi ol əbtər –Kim, ola qətl ali-peyğəmbər.Neçə yüz ali-Əhmədi ol ənidElədi büğzi-batin ilə şəhid.Var idi köşkünün iki babı –Ki, rümuzun bilirdi əshabı.Birisi babi-qətlü biri aman,Pasibanlar bilirdi rəmzi-nihan.Ali-Muxtarı eyləyib ehzar,Məclisə ol pəlidi-hiyləşüar,Göftgudən sora o bədtiynət,Cari eylərdi getməyə rüsxət.Hansının qanını bileydi mübah,Babi-qətli ona görürdü səlah,Çıxcağın babi-qətldən o nəbil,Pasibanlar onu edirdi qətil.Gəldi bir seyyid öz ayağı ilə,Göftku eylədi o yağı ilə.Dedi: – Ey bədxisalü bədkirdar,Düşməni-ali-Əhmədi-Muxtar,Sənə neylibdir ali-peyğəmbər –Ki, bizi qətl edirsən, ey kafər?Düşməni-Mürtəzavü Heydərsən,Sən məgər kim, cühudi-Xeybərsən.Olacaq, ey ləini-bipərva,Ruzi-məhşərdə düşmənin Zəhra.Lənəti-həqqə sən düçar olasan,İki aləmdə xarü zar olasan.Mürşüdün kim, sənin Muaviyədir,Mənzilin ruzi-həşr haviyədir.Ruzi-məhşərdə ol xudayi-qəfurSəni etsin Yezid ilə məhşur.Olmusan düşməni-şəhi-lövlak,Sən kimi yoxdu mürtədi-bibak.Xaneyi-dini etmisən viran,Lənət etsin sənə xudayi-cahan.Qıldın ali-Xəlili sən nabud,Yanacaqsan səqərdə, ey Nəmrud!Hansı kafər deyər sənə islam?Eylədin ali-Müstəfanı təmam.Şümrdən sən bətərsən, ey məlun!Aləmi zülmün eyləyib məhzun.Nə desəm azdır, ey yəhud, sənə!Lən oxur gəbr ilə cəhud sənə.Hansı bir qapıdan olum ixrac.Mənə vazehdir indi, ey Həccac,Dedi Həccac: – Ey bülənd-əxtər,Get səlamət qapıdan eylə güzər.Özüvü qıl uzaq nədamətdən,Çıx kənarə dəri-səlamətdən.O dəm ol seyyidi-niku-kirdarO səlamət qapıdan etdi güzar.Xəlq qaldı bu halətə heyran.Qıldı Həccac onu neçin ehsan.Yalvarıb ağlayanları ol ənidEyləyirdi görən zamanda şəhid.Ona bu seyyid eylədi nifrin,Dedi yüz föhş, vermədi təmkin.Əvəzi-föhş eylədi ehsan,Çox təəccüblü işdi bu ondan.Bir nəfər bu əcəb işi filhalQıldı həccacdən bu nəhv sual:– Ey əmiri-cəlili-qəhrşiar,Yoxdu qəlbində rəhmdən asar.Sənə nifrin dedi o bipərva,Nə səbəb eylədin sən onu rəha?Dedi: – Bu işdə bir həqaiq var,Rəmz var, nüktə var, dəqaiq var.Mən necə eyləyim ona azar –Ki, olum dəhrdə xəyanətkar.Məsləhət eylədi mənə, həqqaMən də qıldım səlahını ifşaMəndə yox rəhm bir müsəlmanə,Baxmaram qeyzü qəhri-sübhanə.Bilmərəm tarı var, peyəmbər var,Leyk xainliyə yoxumdu şiar.Məsləhət eyləsə mənə bir kəs,Etmənəm mən ona xəyanət bəs.Yüz ola düşməni-cəfapişəEtmənəm mən xəyanət əndişə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-heccacin-seyidleri-qirmasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun,Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.
Cismdən can almağa gər olsa fərmanın səninCismdən can almağa gər olsa fərmanın sənin,Canə minnətdir olam, ey dust, qurbanın sənin.
O gün olsun ki, genə məclisə dilbər gəlsinO gün olsun ki, genə məclisə dilbər gəlsinÇıxıban bürcdən ol mahi-münəvvər gəlsin.
Kim ki, istər özünü sərvəri-əyyam eləsinKim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.