Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,Gözüm ayineyi-safi-cəmalından cilalandı.

Fəğanü ahü naləmdən xəbərdar olmadın, ey məh,Göy üzrə dudi-ahimdən kəvakiblər qaralandı.

Dəyəndə sinəmə üst-üstə, ey gül, navəki-qəmzən,Dəlinmiş ney kimi könlüm yeri-yerdən nəvalandı.

Deyirlər Qeys üçün, cana, cünuni-eşq olub, ammaMənim ondan betər görcək səni, başım havalandı.

Üzündən dün götürdükdə düşəqqə zülfi-mişkinin,Üzün nurilə, ey mahim, cahan yeksər ziyalandı.

Çəməndə sərv qəddin göstərib yüz min qiyamətlər,Qədin sərvin çəmən görcək xəcalətdən həyalandı.

Salıbdır Vahidi-zari bəlayi-hüznə hicranın,Həmişə qeyrilər vəslinlə, ey gülrux, səfalandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви