Mənim istəklim o üç nalız gözəldən biridir
Mənim istəklim o üç nalız gözəldən biridir,Həmi göyçək, həmi on yeddi yaşından iridir.
Belə bir dilbər üçün can verən aşiq ölməz,Bəxtəvərdir, o bu dünya yaşadıqca diridir.
Nə cəfa etsə gözəllər mənə, eyb eyləməyin,O mənim qanə dönən könlümün öz təqsiridir.
Can fədadır elə cananə – vəfa əhli ola,Bivəfa olsa gözəl, aşiqin ömrün çürüdür.
Bilmədim, yar üçün əğyarə gedib yalvardım,Dedim, ey dil, dönəsən qanə, bu minnət yeridir?!
El yığıldı o gülün başına pərvanə kimi,Elə bildim, gözəlim eşq, məhəbbət piridir.
Sadə dildə bu qədər incə qəzəllər ki yazır,Bu yetər Vahidin haqqında ki: “el şairidir!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-menim-isteklim-o-uc-naliz-gozelden-biridir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşiqin görcək rəqib ilə səni fəryad edər,Rəsmdir, bülbül gülü xar ilə görsə, dad edər.
Ey gözüm, aləmi-insanlığa məhrəmsən əgərEy gözüm, aləmi-insanlığa məhrəmsən əgər,Sakit ol məclisi-meyxanədə, adəmsən əgər.
Zülfünə naz ilə hərdəm o pəri şanə çəkərZülfünə naz ilə hərdəm o pəri şanə çəkər,Könlümü bənd edib ol zülfi-pərişanə çəkər.
Məni görən kimi yarım özün kənarə çəkərMəni görən kimi yarım özün kənarə çəkər,Kənarə naz ilə biganəni dübarə çəkər.
Стихи других поэтов · О любви
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Olmaz1-ci variant**Ey Salatın, aşiqlərin sərində,