Məni görən kimi yarım özün kənarə çəkər
Məni görən kimi yarım özün kənarə çəkər,Kənarə naz ilə biganəni dübarə çəkər.
Nə söz dedim o gülə, məndən inciyib getdi?Bizim barışmağımız yengi il baharə çəkər.
O qarə xalları yarım yenə düzüb üzünə,Fələk necə günün ətrafına sitarə çəkər.
Bu eşq məclisini “Şur”ə istəsək, gətirək,O “Rast” pərdələrin tarzən “Qatar”ə çəkər.
Bir az da zövqə gəlib sakit olsa məclisimiz,İnan ki, musiqimiz düz sabah naharə çəkər.
Mənim öz istədiyim nazəninlərin əksinTəbiətin əli yüzlərlə mahiparə çəkər.
Görəndə şəmi-camalın bu mahiparələrin,Vücudum eşqdə pərvanətək şərarə çəkər.
O laləüzlüyə, Vahid, nə pislik eyləmişəm?Mənim bu sinəmə qəm dağın aşkarə çəkər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-meni-goren-kimi-yarim-ozun-kenare-ceker
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
Zənn edərİnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.
OlmasınArif odur ki, dəhrdə əhli-ədalət olmasın,Sahibi-əğlü mərifət, kani-səxavət olmasın!
Baba öyüdüMehtər Nəim əfəndiyə oxşatma*Əzizim, aqil olma, cəhd qıl tut rəsmi-nadanlıq.