Arif odur ki, dəhrdə əhli-ədalət olmasın,Sahibi-əğlü mərifət, kani-səxavət olmasın!

Adəm odur ki, tərk edə büsbütün arü qeyrəti,Mali-yetimi udmağa ruzü şəb ola niyyəti.Zövqü səfayə dil verib çəkməyə dərdi-milləti,Necə ki mollalar demiş: beylə bir adət olmasın!

İnteligent olan gərək müdami meypərəst ola,Ayıq zamanı olmayıb, həmişəliklə məst ola.Zülfi-nigarə dil verib, əsirü payibəst ola,Ol deyil, aqil, onda kim boylə əlamət olmasın!

Tutaq ki, sandılar səni bir yekə əhli-mərifət,İnanma ki, olar sənə bu işdə zərrə mənfəət.Rəisi-şəhr olan, bəli, edər bu növi məşvərət,Həzar dəfə bədəzin daha səadət olmasın!

Daim əziyyət eyləmək hər kəsə olsun adətin,Şöhreyi-şəhr ola gərək zillət ilə səfahətin.Eylə xəyanət, olsa gər hər kəs ilə şərakətin,Həzzi nə ol şərikliyin onda xəyanət olmasın?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви