Kimi can etdi, kimi könlünü dildarə fəda,Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fəda?

Abi-yaqut deyil əşki-rəvanım, mən onuNə üz ilən edim ol ləli-göhərbarə fəda.

Bu səbəbdən ki, sənin çeşmüvə bir nisbəti var,Eylərəm nəqdi-həyatım dili-bimarə fəda.

Hər gülün başına dönmək nə həvəsdir, bülbül!Aşiq oldur ki, özün eyləyə bir yarə fəda.

Eylər azadələrin adını aləmdə bülənd,Sərv edərsə özün ol şiveyi-rəftarə fəda.

Onun üçün sevirəm mən dili-sədparəmi kim,Çeşmi-bimarivə hər gün ola bir parə fəda.

Dili-pürxunimi hədrəm basaram bağrıma kim,Ola bir gün ki, ola saqiyi-xunxarə fəda.

Yıxmağa, yapmağa layiq deyil, ol viran kim,Dəmbədəm gənci-göhər etməyə memarə fəda.

Bilmə kim, görürəm tabü təbin xurşidin,Zərrə-zərrə olur ol şöliyi-rüxsarə fəda.

Макта — последний бейт с тахаллусом поэта. Söz bilənlər arasında ələm olmaz, Qövsi,Etməyən xamə tək öz yaşını göftarə fəda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви