Aləm deyir, istəklin əcəb nazlı mələkdir,Hər şivəsi min hiylədir, hər nazı kələkdir.

Hər kəs ki yeni meyvəsin istərsə baharın,Baxsın bu gözəl dilbərə – xalis çiyələkdir.

Söz verdi nigarım məni incitməyə bir də,Tez döndü sözündən, bu açıq dəbbələməkdir.

Qiymətli bəzəklə qadının zinəti artmaz,Övladə gözəl tərbiyə qiymətli bəzəkdir.

Vahid, çalış, ətrafını incitmə özündən,Cəhd et, elə söz yaz ki, o söz xalqa gərəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви