Demədim dərdimi canana, yadımdan çıxdı,Gördüm öz yarımı, biganə yadımdan çıxdı.

Bülbülə gül nə cəfa eylədiyin bildirdim,Yandı canım, niyə pərvanə yadımdan çıxdı?

Deyəcəkdim o qara zülfə nə dərdim var idi,Oldu könlüm dəli-divanə, yadımdan çıxdı.

Vəslinə mail olan günləri bir-bir saydım,Yandığım atəşi-hicranə, yadımdan çıxdı.

Zülf əlindən nə bəla çəkdiyimi bildirdim,Nə qədər fikr elədim, şanə yadımdan çıxdı.

Mey içərkən məni bir lütflə dindirdi o gül,Məst olanlar kimi peymanə yadımdan çıxdı.

Bəlkə, Vahid, deyim ol şuxə, inansın sözümə,And içim sevgiyə, vicdanə yadımdan çıxdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви