Sevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!İstərəm yazam bir sevgi kitabıSevənlər oxusun,Sevməyənlər yox!

Ürəklər titrədim sarı sim kimi,Əsim yaz havalı bir nəsim kimi,Şerim odlu olsun nəfəsim kimiSevənlər oxuyun,Sevməyənlər yox!

Sevdim mən də bütün gözəllikləri,Ulduzlu səmanı, çiçəkli yeri,Sevincli, kədərli bu nəğmələriSevənlər oxusun,Sevməyənlər yox!

Sevdim hər kəsdən çox bu pərişanı,Yaralı bir eşqlə Azərbaycanı.Bu yaradan axır şerimin qanıSevənlər oxusun, sevməyənlər yox!

Sevgidən söz açma, ey başında qar!Qış göyərən otu şaxta qurudar,Şerimdə qış qəmi, yaz sevinci var,Sevənlər oxusun,Sevməyənlər yox!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви