O qatar nə qatardı:Canı candan qopardı,Sizi aldı apardı,Gözdə göz yaşı qaldı.

Bu gecə nə gecəydi,Həsrəti məni əydi.Sinəmə bir ox dəydi,Üzdə göz yaşı qaldı.

Bu necə ayrılıqdıKönül mülkümü yıxdı.Qarşıya hicran çıxdı,Sözdə göz yaşı qaldı.

Gəldiniz, siz gedəndəDuydum, qəribəm mən də,Elə sandım sinəmdəBir həsrət daşı qaldı.

Ürək görüş eşqindəGörüşdük bir xoş gündə,Getdiniz, od içindəBir simurq quşu qaldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке