Vətən oğlu
Canında canımız,Qanında qanımız olan oğul!Oğullar arasındaŞəklinə baxdım neçə yolGözlərim işıqlandı...Oğul qarşısındaAna dayandı.Dərin kamallı,İncə xəyallı,Böyükürəkli,Ucaboylu,EnlikürəkliDünya qarşısına çıxan mərdim!Sənə bir çələng hörərdimEl məhəbbətindən olardı çiçəkləri.Zaman soldurmayırEl qoyduğu çələngləri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-veten-oglu
Клавиши ← → для перехода, R — случайное стихотворение