Ona dərd söyləsən danışma uzun,Yazılı kitabdır onunçün üzün.Oxuyar fikrini o bir baxışda,Bilər bahardasan, ya da ki, qışda.

Duyar qəhərlənmiş tutqun səsindən,Gözündə kirpiyin titrəməsindən.Qayğısız ötənlər olmuş yanından,Tək çıxa bilmirsən dərd ümmanından.

Təbiət insanı yaratmayıb tək,İnsanı insana göndərib kömək.Sən varkən, onunçün söz nəyə gərək!O sözsüz oxuyur canlı kitabı.İnsan iztirabı, insan əzabıOnda əks etməsə göz nəyə gərək?Çapmır o hər yana söz səməndini,Bir sözlə, yüz sözün açır bəndini...

Ömürdən bizlərə verilən illər,Mənasız keçməsin qoy heç bir anın.Böyüdək vətənə müdrik nəsillər,Müdriklər elidir Azərbaycanım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов