Ermənistandan köçkünazərbaycanlıların söhbətlərindən

Buzovlar mıxda qaldı,Sürü otlaqda qaldı,Gündələr taxtın üstə,Saclar ocaqda qaldı.Ağla, kamanım, ağla!Ağım-amanım, ağla!

Dağlar, dumanın hanı?Sürü, çobanın hanı?Kəsibdir dörd bir yanı,Qəsbkar quyruq eşər,Ac körpələr mələşər...Ağla, kamanım, ağla!Ahım, amanım, ağla!

Qapını düşmən aldı,Eli didərgin saldı.Köhlən atlar cilovda,İtlər zəncirdə qaldı.Ağla, kamanım, ağla!Ahım, amanım, ağla!

Ey aşıq, bəndəm himə,Toxunma sarı simə,Daha mənim heç kiməGəlmir gümanım, ağla!Ağım, amanım, ağla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов