Nənəm don geyərdi topuğunadək,Üstündən arxalıq dizdən yuxarı.Burnu şiş, dabanı nallı çəkələkGedəndə vurardı mahnı notları.

Saçları örtərdi kürəklərini,Altından yanardı bafta zər kimi.Bəzən tac edərdi hörüklərini,Şalvar da geyərdi kişilər kimi.

Nənəm nə “Avropa” sözü bilərdi,Nə “maksi”, nə “midi”, nə də ki, “mini”.Nənəm ələ salıb səni gülərdiDesəydin bu dəbin gətrildiyini.

Parisdən, Romadan, ya Cenevrədən,Divana çəkərdi səni az qala.Deyərdi: “Bunları geyən zaman mənO sənin Avropan hardaydı, bala? ”

Nənəmin vüqarlı gur səsindəkiMənaya şübhəylə baxsaydın, o vaxtDeyərdi: – “Malıgin küçəsindəkiPaltarım saxlanan o muzeyə bax!”

Deyərdi: – “A bala, özgə sirkəsiNeçün dodağında belə bal dadır?De, neçün uzağın saxta sikkəsiQızıla çevrilib səni aldadır?”

Nənəm don geyərdi topuğunadək,Üstündən arxalıq dizdən yuxarı.Burnu şiş, dabanı nallı çəkələk...O, dəbçün geyməzdi fəqət bunları.

Qolçağı qolunda, kəməri beldə:Bunlar yadigardı öz nənəsindən.İlan qabığından çıxantək ildəO, bir yol çıxmazdı əlbəsəsindən.

Lakin nəvələri, nəticələriUnutdu nənəmin paltarlarını.Keçdi qərinələr o vaxtdan bəri,Zaman da dəyişdi öz qərarını.

Dönüb “maksi” oldu nənəmin donu,Zərli arxalığa “mini” deyildi.Dəb deyə kənardan aldılar onu,Böyük heyranlıqla burda geyildi.

Nənəmin ruhudur indi dillənən,Məzarı od tutub yanır az qala.Söyləyir: “Bunları geyən zaman mənO sənin Avropan hardaydı, bala?”

Nənəmin vüqarlı gur səsindəkiMənaya şübhəylə baxsalar, o vaxtDeyər ki: “Malıgin küçəsindəkiPaltarım saxlanan o muzeyə bax!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов