Alim dostum Sadıq Murtuzayevə

İlisu, Beşbulaq, Şamil qalası,O meşə örtüklü zümrüdü dağlar...Xatirə düşəsi, yadda qalasıSaysız lövhələr var, mənzərələr var!..

Əsrlik daşları oyadan selinSaldığı naxışlar qayalardadır.Dağlar qoynundakı o doğma elinGeniş süfrəsində duz da bal dadır.

Palıd elə durub dağın yalında,Elə bil zirvəsi göyə dayaqdır.Sizin bu füsunkar dağ mahalındaGəzib dolaşıram mən də haçaqdır.

Bir duman parçası, bir dağ cığırıUzaq bir aləmə çəkir xəyalı.Hərdən uzaqlarda qartal çığırır,Tutur məğrur səsi eli, mahalı.

Dağların vüqarı artır bu səsdən,Gülür zirvələrin meşə örtüyü.Bu qartal səsidir çünki əzəldənDağın eşitdiyi, dağın gördüyü.

Qovub bir-birini bu yerdə illər,İnsanlar doğulub, dünyadan köçüb.Sənin atan, baban – neçə nəsillərDostum, Beşbulağın suyundan içib.

Deyib nəğməsini qartallar kimi,Uca zirvələrdə məskən salıbdır.Onlar təmiz olub dağda qar kimi,Onlardan yadigar mərdlik qalıbdır.

Bir də ki, qartalın dediyi nəğmə...Onsuz yetim qalar bu dağlar, ay dost.Sən ona adi bir nəğmədir demə,Düzüb bəstəsini bulaqlar, ay dost.

Baban da oxuyub onu, atan da,Sən də oxuyursan qartalsayağı.Sənin də ulduzun bir gün batandaÖtəcək oğlunun qartal dodağı.

Zirvələr şahının özü də bəlkəSizdən öyrənibdir bu qıy vurmağı.Onun uzaqgörən gözü də bəlkəSizdən öyrənibdir məğrur durmağı.

Bəlkə də atanın xəyalıdır o,Göyün sinəsində asılıb qalıb.Bu yerin öz doğma qartalıdır o,Lacivərd mərmərə qazılıb qalıb.

Gəzirəm yenə də sizin mahalı,Göz zirvə axtarır, könül ucalıq.Süzürəm qıy vuran məğrur qartalı,Ömür vəfasızdır, insan qocalır...

...İlisu, Beşbulaq, Şamil qalası,O meşə örtüklü zümrüdü dağlar...Xatirə düşəsi, yadda qalasıSaysız lövhələr var, mənzərələr var!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов