Dost kədəri
Mən öz xislətimə çoxdan bələdəm,Onu nə qərinə, nə il dəyişdi.Olub qəm çəkdiyim,fəqət hələ dəGözümdən bir gilə yaş gəlməmişdir.
Mənim bu dünyada elə dostum var, –Silib göz yaşımı gülüşləriylə,Məni unudanda bəzən adamlarBahar gətiribdir gəlişləriylə.
Bu dostu kədərli görmək ağırdı,O sənə əzizdi axı, canından.Bu gün mən gördüm ki,leysan yağırdıOnun gözlərinin asimanından.
Mənə ömrü boyu təsəlli olanÖzü ağlayırdı bir uşaq kimi.Dağa bənzətsək də,dağ deyil insanHər dərdin önündə dura dağ kimi.
Yox, ona təsəlli verəmmədim mən,Özümü saxladım...Bir an saxladım.Ömrümdə göz yaşı bilməzdimBirdənDostuma qoşulub özüm ağladım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-dost-kederi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Zarafatyana)*Getdin. Bir acıqla çırpdın qapını,
UcalıqXatirinə düşürmü ilk görüş çağlarımız?Onda nə əllərimiz, nə də dodaqlarımız
Orda iki nəfər küsdü, barışdıOrda iki nəfər küsdü, barışdı,Hayıf, biz deyilik o iki nəfər.
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.
Стихи других поэтов
Səlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.