Hekayəti-Seyyid Ələm Səlyani
Səlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.Yəni məhərrəmdə ələm gəzdirib,Hər adamın üstə onu süzdürüb,Deyirdi: “Var nəzrin sənin, ey adəm!Sənə sarı gəlməz bisəbəb ələm”.Kimdir ki, olmasın ömründə nəzri?Heç kimin olmazdı ona bir üzri;Çıxardıb cibindən bir manat hər kəs,Deyirdi Seyyidə “Al, get, səsin kəs!”Xalqa, nəzir vermək guya bac idi,Lakin Seyyid genə elə ac idi.Yalan ilə qəni olmaz bir kimsə,Tatar ola, firəng ola, ya nemsə.Borc edərdi Seyyid hər il sərasər,Borcuna olurdu axırda münkər.Bir əttara məqruz idi on tümən,Vədə başı inkar eylədi birdən.Əttar onu çəkdi qazı yanına,Neyləsin, salmışdı atəş canına.Dedi: “Qazi, insaf elə, dad elə,Peyğəmbəri, imamları yad elə!Bu Seyyidə mən yaxşılıq eylədim,
**Bildim ki, doğrudur “limən əhsəntüm”,On tümən pulumu eyləyir inkar,Üzündə nə şərmi, nə həyası var”.Qazi dedi: “Seyyid, nədir cavabın?Belə deyür kişi: qıfıllı babın!”Seyyid dedi: “Ey qaziyi-mötəmən,Heç görübsən məni tərafedə sən?”Adil imiş qazi, xeyli baməzə,İstədi Seyyidin bir burnun əzə.Dedi: “Çox görmüşəm, sual nə hacət?Cavab istər səndən kişi bu saət”.Seyyid dedi: “Haçan? Bu necə sözdür?”Qazi dedi: “Gecə deyil, gündüzdür!”Mehrini sən boşadığın xanıma,Vermirdin, gəlmədinmi yanıma,Tərafe etməyə, ağayi-əkrəm?Söz müxtəsər: “Olmadınmı sən mülzəm?”Seyyid dedi: “Yaxşı kəsdin sözümü,Bundan başqa heç görübsən üzümü?”Qazi dedi: “Çox görmüşəm, ay ağa!Niyə unudubsan, deyilsən çağa!Bir də Mirzə Rəhim səni, ey məxdum,Gətirmişdi şərə, üzünü gördüm,Bağ nəqlində; uzun olmasın kəlam,Bağ yetişdi ona sən oldun nakam”.Seyyid dedi: “Yaxşı, dəxi başqa yol,Heç görübsən?” Qazi dedi: “Sakit ol!Bir də qamış davasında keçən il,Gəmiçilər ilə edib qalü-qil,Gəlmiş idin şərə, utanmaz kişi!Mola Əkbər dəxi bilir bu işi”.Seyyid dedi: “Dəxi bəsdir, ey qazi!Çox gəlmişəm şərə zəmani-mazi,Demişəmmi aya hərgiz bir yalanMən ömrümdə? İndi bu mən, bu Quran!”Qazi dedi: “Seyyid, etmə hərarət!Çəkərsən sözündən özün xəcalət.Nə lazımdır bu iddiayə qəsəm?Yalanına sənin şahiddir ələm.Yalan deyən adəm deyər ahəstə,Ya örtülü, ya da gizlin, ya pəstə.Ələm ilə sən deyirsən yalanı,Belə yalan deməz kürdi-kolanı!Deyərsən aşikar xalqa, ey zalim,Bilin ələm olur hər qeybə alim.Yalan deyil məgər, bu söz nainsaf?Bəsdir dəxi vurma sədaqətdən laf!”Seyyid qəmgin başın aşağı saldı,Aciz olub lap quruyub mat qaldı.Rəhm eylədi qazi onun halına,Müddəiyə dedi: “Xüms malına,Hesab elə tələbini eysandır,Bağışla Seyyidə, çox natəvandır”.Əttar qəbul etdi qazinin sözün,Haman saat yumdu pulundan gözün.Seyyid Ələm oldu çox şadü-xürrəm,Xüsusən ki, tez yetişdi mühərrəm.Yox idi ona heç başqa bir peşə,Düşdü yalançılıq təzədən işə.Seyyid olan adəm yalançı olur,Yalançı yox, bəlkə dilənçi olur.Çünki, bipeşədir cəmii sadat,Edərlər iddia kəşfi-kəramat.Biri deyər: “Mən sahibi-nəfəsəm,Duası müstəcab olan bir kəsəm”Biri deyər: “Ocağıma hər naçaq,Gəlsə, tapar səfa, olur sappasaq”.Yalan ilə daim keçər günləri,Zillətdədir onlar hicrətdən bəri.Çəngiz dedi: “Əqdəm beş-altı yüz il,Məhəmməd eləyib övladın zəlil”.Seyyid olma, canım, olma müftəxor!Xalqın gözündə ol şirin, olma şor!Tap bir mürşid, salma nəzər kövneynə,Tərəqqi eylə, çat qabi-qövseynə!Sən unqasən, cismin qəfəsdir,Qəfəs içrə artıq qalmağın bəsdir.Sən özünü bilmə bir cürmi-əsqər,Gizlənqibdir səndə Aləmi-əkbər.Anla, nədir “fəna”, bax bir balayə,Seyr et üruc eylə ərşi-əlayə.Görəcəksən onda firavan dərya,Biləcəksən kimdir Fironü Musa.Bir qətrədir o dəryadan hər biri,Havaya cəzb olmuş, boş qalmış yeri.Seyr eyləyib bulud içrə bir zaman,Övd edəcək genə o dəryaya, qan!Cümlə Firon, Musa, Əli ya Ömər,Bir qətrədir o dəryadan müxtəsər.Müşəxxəsdir Ömər qətrə halındaMüəyyəndir Əli öz məqalında.Təəyyünün rəfin eyləsən isbat,Hər ikisi onda olacaq bir zat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-hekayeti-seyyid-elem-selyani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.
1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktubƏzəmətli ağam, Allah səadətinizi daimi etsin!Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız.
1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz....Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.
“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surətiMərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.
Стихи других поэтов
Xublar arığından yarımaq olmaz,İyidin həmdəmi gərək çağ ola.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,