Poeziya
Bir quru adınla könlüm sevindi,Nə çörək olmusan, nə şöhrət mənə.Başqa bir peşəni seçsəydim indiBəlkə qismət idi var-dövlət mənə.
Həmdəmim olardı bəlkə nəşələr,Dolmazdı qəlbimə el dərdi-qəmi.Bu dünya yanğına düşsəydi əgər,Odu odlamazdı yenə sinəmi.
Fəqət düşünmədim bu “səadəti”,Bir sənə bağladım ürək odumu.Elə bil qazandım əbədiyyətiŞair cərgəsində görüb adımı.
Sən mənə nə verdin?Minnətsiz həyat,Nəğməli bir dodaq, azad bir ürək.İstəsən dara çək, alovlara at,O öz sözlərini yenə deyəcək!
Sən mənə nə verdin?Cəsarət, hünər.Özün də bu yolda odları keçdin,Babam Nəsimiyə, Sabirə məgərHəmin cəsarəti sən verməmişdin?!
Dözümdə bu yurdun dəmirağacı,Fəqət zəriflikdə qızıl laləsən.Həqiqətə – ana, mərdliyə – bacı,Mənim gözlərimdə, şerim, beləsən.
Mənimçün biçinçi dəryazı kimi,Mənimçün dəmirçi gürzü kimisən.Vətənin torpağı, səması kimi,Ata ocağının gözü kimisən.
Doğrusu, bilmirəm,Özümə də mənDönüklük etmişəm həyatda bəlkə,Sənin şərəfinə, fəqət, qətiyyənŞerim,Vurmamışam kiçik bir ləkə.
Bəlkə buna görə ağır günümdəOğlumdan, qızımdan, dostumdan əvvəlSən ümid rəmzitək durdun önümdə,Etibar rəmzitək mənə verdin əl?!
Bəzən sellər kimi hey köpürdən də,Bəzən bulaq kimi quruyan da sən.Mənə hamıdan çox qəzəb verən də.Məni hamıdan çox qoruyan da sən.
Uzaq dağ kəndinə, aran kəndinəApardın adımı qanadlı quştək,Bağlı qapıları sən açdın mənə,Gözümə nur verdin, əlimə çiçək.
Vətən sərhədini bu vaxta qədərKeçib yad bir elə getmədim,ancaqÜzümü görməyən uzaq ölkələrSəni tanıdılar özümdən qabaq.
Sən nəsən mənimçün?Vətən, su, torpaq,Nə qədər sən varsan, demək varam mən.Şerim,ona görə hamıdan qabaqSənə minnətdaram, minnətdaram mən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-poeziya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”
Vurğun göylərMənə elə gəlir vurulub göylərYerin cəlalına – bağçaya, bağa,
Yox, yox, az olmayıb çətin anlarım...Yox, yox, az olmayıb çətin anlarım...Dərdim də, qəmim də az olmayıbdır.
İstərəmMən sənin eşqinin asimanındaAya, ulduzlara çatmaq istərəm.
Стихи других поэтов · О родине
Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Baş tutmadıBaş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.