Deyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”Deyirsən: “Deməli, şikəstdir səninMəhəbbət yolunda mindiyin səmənd”.

Əzizim, doğrudur, məhəbbətimdənUzun söz açdığım olmayıb hələ.Sevgi söhbətində çox xəsisəm mən,Neynim, təbiətim belədir, belə...

Dostum, bu məzəmmət, bu giley nədir?Qoy mən söz açmayım sevgidən daha.Qu quşu nəğməni bir ağız deyir,Ömründə bir ağız...Amma nəğmə ha!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви