Gözünə qar üstə güllər görünsə
Gözünə qar üstə güllər görünsə,Sərt külək ney çalsa qulaqlarında,Payızda dağlarda sellər görünsə,Qəm nəğməyə dönsə dodaqlarında,Ayın buz ziyası yandırsa səni,Hər ulduz bir nəhəng günəşə dönsə,Günəşin alovu dondursa səni,Şaxta Muğandakı atəşə dönsə,Sərçə nəğmə desə bülbüllər kimi,Xəzəllər yamyaşıl dəysə gözünə,Küləkdə inləyən teleqraf simiBir “Kərəmi” çalsa özü-özünə,Qoynuna düşsən də dərdin, məlalınYaşamaq istəsən yaşadıqca sən,Ey dost, ağarsa da saçın, saqqalınDemək vurulmusan, demək sevirsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-gozune-qar-uste-guller-gorunse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yolda açdım səhəri,Üfüq üzümə güldü.
Hər keçəndə bu zümrüdü meşədənHər keçəndə bu zümrüdü meşədənİstəmirəm balta səsi eşidəm.
Göy dənizdə söndü fanarGöy dənizdə söndü fanar,Söndü yenə yanmaq üçün.
Atalar dönsəydi qanlı cəbhədənAtalar dönsəydi qanlı cəbhədən,Dursaydı bizimlə çiyin-çiyinə
Стихи других поэтов · О природе
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Axtarın məniSiz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.
Qəzəl: Yüz hüsn dil ü dideyi-heyrana yetişməzYüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz
Гульшан-и раз, глава 64از آن گلشن گرفتم شمهای بازنهادم نام او را گلشن راز