Göy dənizdə söndü fanar,Söndü yenə yanmaq üçün.Suya endi qağayılar,Qalxıb qanadlanmaq üçün;İşıq söndü yanmaq üçün.

Sular oldu ləpə-ləpə,Yatdı yenə qalxmaq üçün.Dalğa gəldi təpə-təpə,Qayaları yıxmaq üçün,Yatdı yenə qalxmaq üçün.

Bir durğunluq arama sənTəbiətin sükutunda.Nələr, nələr yatır bilsənGöyün sakit buludunda,Təbiətin sükutunda!

Baxıb sakit görkəmiməDemə eşqin odu söndü.Yox, sən allah, elə demə,Düşünürəm neçə gündü...Demə eşqin odu söndü.

Düşünürəm sakit, səssizYeni nəğmə qoşmaq üçün...Odur, odur, qalxdı dənizÜfüqləri aşmaq üçün,Üfüqləri aşmaq üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе