Çıxdı Kürün qırağındaQarşıma bir bala turac.Yada düşdü keçən günlər,Kaş o dəmlər ola, turac!

Ürkək gözəl təkdi, keçdi,Kolluqlarda səkdi keçdi.Sinəmə dağ çəkdi keçdi,Getmə bir an, qal, a turac!

A Muğanın gözəl qızı,Unutdunmu andımızı?At işvəni, burax nazı,Qon yamaca, yala, turac!

Gəl səninlə səhər-səhərSeyrə çıxaq biz bir qədər.Ömrümüzdən keçən günlərBir də dönmür dala, turac.

Çöllər yanar Kür olmasa,Qəlb boş qalar sirr olmasa,İki ürək bir olmasaDostlar getməz yola, turac.

Kürçaylı adlanan kəsinDərmanıdır sənin səsin.Sən oxu, o şeir desin,Qıyma əhli-hala, turac!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов