Dənizdə Ay çimirdiYanaqları gümüşü.Toxunurdu üzünəLəpələrin gülüşü.

Dənizdə ay çimirdiDövrəsi ulduz-ulduz.Onu seyr eləyirdiYer heyran, göy yuxusuz.

Sən də gəldin sahilə,Paltarını soyundun,Gah nurda, gah da sudaYuyunduqca yuyundun.

Ay xəcalət çəkdimiHüsnünü görən kimi?O çəkildi dənizdənSən suya girən kimi.

Yığıb ulduzlarınıƏrşə qalxdı Ay yenə...Uzaqdan xoşdu baxmaqGözəllərin hüsnünə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе