Pəncərəmə uzananYaşıl-yaşıl əldimi?Yarpaqlar ilk baharınSalamına gəldimi?Seyr elə bu lövhəni,Doğrudan gözəldimi?Dayanmışıq səninləQoşa, üzü günəşə,Belə ola həmişə!

Gözlərinə baxıram,Necə şəndir, gülümsər,Onlarda yox qüssədən,Sıxıntıdan bir əsər,Sən gülməsən bircə anÜrək titrər, can əsər,Yoxsa günün alovuDolubdur bu günəşə?Belə ola həmişə!

Saçlarına baxıram,Gözün kimi qaradır,Yarısı gözün üstə,Yarısı yanlaradır,Gülüm, yığma onları,Qoy dağılsın, dara, dur,O qara saçlarınaİstəmirəm dən düşə,Belə ola həmişə!

Gör nə qədər qısaltdıqHəsrətin mənzilini,Ovcumda tutmuşam mənİndi sənin əlini.

Yaman qırdıq hicranın,İntizarın belini!Kaş ki, bütün sevənlərBizim kimi görüşə.Belə ola həmişə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов