Atalar dönsəydi qanlı cəbhədən,Dursaydı bizimlə çiyin-çiyinəSaqqal ağartsaq da,İnanıram mən,Kişi deməzdilər bizlərə yenə.

Ana tabutunun qarşısında bizƏgər durmasaydıq başıaşağı,Saçı ağartsaq da,Şəksix şübhəsiz,Bizə deyərdilər ana uşağı.

Boy atıb oğlumuz, qızımız əgərBizi keçməsəydi qovaqlar kimi,Yenə hamı bizə“Körpədir” deyər,bizə baxardılar uşaqlar kimi.

Əzəldən həyatın hökmü belədi,Döysə də yollarda külək, qar bizi –Görürsən,Ad verib kişi elədiAtalar, analar, övladlar bizi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов