Mənim musiqim
“Leyli və Məcnun” operasınıntamaşaya qoyulmasının50 illiyi münasibətilə
Çal, çal! Bu nəğmələr mənə tanışdır,Tanışdır inləyən bu rübab mənə.Bir elin dərdini dindir, danışdır,Versə də hər xalı iztirab mənə.
Çal, çal! Bu torpağın nəğməsidir o,Yaranıb bu yerin öz mayasından.Qaynar bulaqların nəfəsidir o,Yaranıb dumanlı dağ havasından.
Doğma anamızın laylası qədərHər xal, hər zəngulə bizə əzizdir.Bir ağı, gəraylı havası qədərXoşdur, müqəddəsdir, safdır, təmizdir.
Onu dinləyirik düz əlli ildir,Qoy fəsillər keçsin – dinlərik yenə.Ürək bu nemətdən doyan deyildir,Keçsə də yüz əsr, yüz min qərinə.
Uzun illər boyu o çalınandaQalxıb radionu buran olmayıb.Üzeyir məclisindən hələ bir an daYoruldum deyərək duran olmayıb.
Çal! Vətənsiz deyil mənim musiqim,Onun öz ləhcəsi, öz ahəngi var,Anlayır dilini kolxozçu, alim,Hər pərdə üstündə neçə rəngi var!
Azərbaycan dilim, Muğan çörəyim,Şirin Kür suyumtək müqəddəsdir o.Çal! Vətənsiz deyil mənim musiqim,Bu elin qəlbindən qopan səsdir o!
Ey böyük Üzeyrin nəcib balası –Leylinin, Məcnunun könül nəvası,Gözəl Qarabağın, Milin havası,Şirvanın, Qazağın gözü səndədir!
Kəpəzin, Qoşqarın, bizim mahalınİncə bir ruhudur sənin hər xalın.Tarın, kamançanın, sazın, qavalınSöhbəti səndədir, sözü səndədir!Öz doğma elində sevilməyən kəsÖzgə bir eldə də sevilə bilməz!Sənsə hər millətə oldun müqəddəs,Çünki bu torpağın özü səndədir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-menim-musiqim
Клавиши ← → для перехода, R — случайное стихотворение