Faytonlar
Avto-karvan içindənFaytonlar keçir hərdən.Nal səsləri ucalırAsfaltlı küçələrdən.Maşınlar süzüb keçir –Yaşıl, mavi, ağ, sarı.Atlar süzür arxadanBir kədərlə onları,Gənclər baxır faytonaMarsdan gələn meyvətək,Yaşlılar gülümsəyirKöksünü ötürərək.
İşıqforda işıqlarYenə növbəylə yanır.Atlar yaşılda keçir,Qırmızıda dayanır.Elə bil ki, at ağlıHər bir şeydən halıdır,Bilirlər: qırmızısa –Onlar dayanmalıdır!Faytonçu qırmancınıHavada yelləyir, bax,Əynində göy arxalıq,Başında da çal papaq.Fayton, keçən zamanınSonuncu yadigarı,İndi əyləncə üçünGəzdirir adamları.Sərnişinlər əylənir –Atmacalar, zarafat...Məhəl qoymur onlaraNə faytonçu, nə də at.Əzəli qaydasıylaAt yortur, fayton gedir,Cilovu bərk tutsa da,Faytonçu fikirdədir.Sanki asfaltdan qopanNal səsini sayır o,Yoxsa fayton şöhrətliƏsri xatırlayır o?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-faytonlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xatirinə düşürmü ilk görüş çağlarımız?Onda nə əllərimiz, nə də dodaqlarımız
Orda iki nəfər küsdü, barışdıOrda iki nəfər küsdü, barışdı,Hayıf, biz deyilik o iki nəfər.
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.
TəklikPayız göylərinin boz aynasındaUçdu axırıncı durna qatarı.
Стихи других поэтов
Övliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,