Neçə il əvvəldə olduğu kimiGetdim kəndçilərlə mən də biçinə.Nəhəng məcməyidir elə bil zəmi,Zəfəran dağılıb sanki içinə.

Dən dolu sünbüllər başını əyib,Bir günah işləmiş adamlar kimi.Boşlarsa şax durub, özünü çəkib,Bu el sərvətində payı var kimi.

Baxıram, sünbüllər çeşid-çeşiddir,Qurban yerə düşən dənəsinə də!Sanıram hər biri canlı igiddir.Bir nəğmə yaraşır hərəsinə də.

Qışda bürüncəyi bəyaz qar olar,Bahar yağışında çimər sünbüllər.Yayda bir mehriban uşağa bənzər,Günəşin nurunu əmər sünbüllər.

Telləri saralıb çətirlənəndə,Vətən torpağıyla ətirlənəndə,Elin həyətində təndirlənəndəHəyat müjdəsinə dönər sünbüllər.

Bitər yamacda da, bitər yalda da,Nə dönüklük bilər, nə də aldadar.Halal süfrələrdə şəkər, bal dadar,Haram süfrələrdə zəhər sünbüllər.

Düşür xatirimə sınaq illəri,Qoymadı çətində bizim elləri.Xalqımın nə dərdi – geniş çölləriÖrtsə başdan-başa əgər sünbülləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе