Harda olsam gələrəm,Təki sən səslə məni,Darda olsam gələrəm,Təki sən səslə məni.

Yaxın olsun, ya uzaq,Dərə olsun, ya da dağ,Məni kim saxlayacaq?Təki sən səslə məni.

Yatmaram illər ilə,Əsərəm yellər ilə,Gələrəm sellər iləTəki sən səslə məni.

Eşqə yurd isə sinəm,Qocalıq gəlsə nə qəm,Dönərəm gəncləşərəm,Təki sən səslə məni.

Sənsən eşqim, əməlim,Gəlsə bir gün də ölüm,Vermərəm can, a gülüm,Təki sən səslə məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов