Balaş Azəroğluya

Mən sənə demirəm, aylı gecələrSənsiz ulduzlara baxmaqdır peşəm.Demirəm, səhərdən axşama qədərSənin yollarından göz çəkməmişəm.

Demirəm, sevincim, bəxtiyarlığımSənin adın ilə bağlıdır ancaq.Eşqim, səadətim, bütün varlığımDemirəm, sənindir, sənin olacaq.

Qoltuq ağacıdır şikəstə dayaq,Demirəm, mənə də tək sən dayaqsan.Həyat yollarında demirəm, ancaq,Büdrəsəm, sən məni saxlayacaqsan.

Bunları demirəm!Susuz bir insanDeməz ki susuzam, yox, deməz bunu.Quruyub çatlamış dodaqlarındanBilərlər adamın susuzluğunu...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов