Meşənin sükut doluQucağında durmuşam.Görəsən nə barədəSusur ağcaqayın, şam?!Sükutuyla nə deyirBudaqlar həzin-həzin?Bəlkə xatirəsiyçünKədərli eşqimizinBelə lal kəsilibdirOsinalar, cökələr?Bir sorğuya tutalar,Bir suala çəkələr...Bu günlə xatirəninSərhədində durmuşam,Görəsən nə barədəSusur ağcaqayın, şam?!Neçün bu tərəflərəGüzarım düşdü bir də?!Yol, cığır nə barədəGörən susur bu yerdə?!Dönüb-dönüb baxıramBir cüt ayaq izimə.Hanı onun izləri,Niyə dəymir gözümə?Bir vaxt bu yerə düşənİki qoşa ləpirdi,Cingiltili qız səsiYola nəğmə səpirdi.

İndi nə həmin izlər,Nə gülüş, nə nəğmə var...Bəlkə də bu barədəSusur yollar, cığırlar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов