Elladanın nəvəsinə
Yunanıstan torpağınınƏzəli bir tarixi var.O qədimdir günəş qədər,Səma qədər, ulduz qədər.Afinada yaranmışdırDaş məbədlər, ilk allahlar,Bu torpaqda yaranmışdırXoş nəğmələr, tunc heykəllər.
Nə zamandır dünya bilirAkropolun şöhrətini.Hələ Homer – qoca Homer,“İliada”, “Odisseya”.Hər bir yunan tanımaqçınÖz yurdunun qüdrətiniVətəninin keçmişindənNələr deyər, nələr sayar!
Bəli, ancaq keçmişindən!Yunanıstan, bəs bu günün?!Bu günündən utanmırmıElladanın nəvələri?De, Heraklın hanı bu günü?Herkulesin hanı bu gün?Yad çəkməsi tapdalayırİndi onlar gəzən yeri.
Keçmişinlə fəxr edirsən,Dəm vurursan tarixindənHey deyirsən dönə-dönə:Babam belə, nənəm belə.Yunan oğlu, yaxşı olarBircə yol da deyəsən sən –O babamdır, o nənəmdir,Baxın, bu da mənəm belə!
Yadellilər qarşısındaTarixini varaqlama.Qolundakı köləliyinZəncirini qır, at bu gün!Keçmişinin ləkələnənŞöhrətiyçün çox ağlama,Keçmişinə layiq olanBu gününü yarat bu gün!
Səni kölə edənə bax,Tarixi yox, keçmişi yox.Yarımvəhşi yaşayırdı,Akropolu quranda sən.Səni adam saymır bu gün,Ərzə meydan oxuyur o.Səni ələ salıb gülürBabandan dəm vuranda sən.
Keçmişinlə az fəxr elə,Az söhbət aç tarixindən.Onu səndən alan yoxdur...Az də babam, nənəm belə.Yunan oğlu, yaxşı olarBu gün qalxıb deyəsən sən:O babamdır, o nənəmdir,Baxın, bu da mənəm belə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-elladanin-nevesine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Qadasın aldığımKənar gəzmə, yar, otağa qədəm bas,Asta-asta gəl, qadasın aldığım!