Görüş günü
Mədinə Gülgünə
Bəlkə röyada idi...Böyük bir mehmanxanaBir vüsalı körpətək öpüb qundaqlayırdıq.Saç-saqqalı ağarmış üç kişi, bir də ana –Hərdən şeir deyirdik, hərdən də ağlayırdıq.
Şerimiz gizli-gizli, rədifi “gizli-gizli”,Gözümüzün yaşı da axırdı xısın-xısın.Analar kövrək olur, analar ağlar gözlü,Mümkündürmü kişilər uşaq kimi ağlasın?!
Kişilər ağlayırdı: elə bil ki, baharınYağışları onların gözlərindən yağırdı.Elə bil ki, Səhəndin, Savalanın, QoşqarınQuzey qarı əriyib damcı-damcı axırdı.
Biz – üç kişi, bir qadın – gah uşağa dönürdük,İllərdən xatirələr deyirdik varaq-varaq.Gah gözümüz həsrətlə yollara zillənirdi,Deyirdik bu nə yoldur, həm yaxındır, həm uzaq.
Hərdən baxışlarımız tutqun səma olurdu,Gah bulud dağılırdı, gün çıxırdı bir anda.Bu nə işdi, gözümüz boşalırdı, dolurdu,Deyirlər yaxşı olmaz kişilər ağlayanda.
Bunlar həsrət yaşıydı, yoxsa sevinc yaşıydı?Məsnəvi misrasıtək qoşalaşıb axırdı.Yoxsa qərinələrin buzlaşmış yaddaşıydı,Bir vüsalla əriyib gözümüzdən yağırdı.
Bəlkə röyada idi...Böyük bir mehmanxana,Bir vüsalı körpətək öpüb qundaqlayırdıq.Saç-saqqalı ağarmış biz – üç kişi, bir ana, –Hərdən şeir deyirdik, hərdən də ağlayırdıq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-gorus-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saçlarını ağartmış həqiqət var cahanda:“Sifət aydın görünməz üz-üzə dayananda.”
QağayılarQağayı uçmayır yad sahillərə,Doğma oylağından keçə bilməyir,
Dördkünc günəşlərAxşam düşür...Evlərin kölgələri uzanır,
Çəmənə demə ki, göyərməyəsənÇəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,
Стихи других поэтов · О разлуке
Qurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
QəriblikMus: Oqtay Kazıminindir*Mən könüllü bu yerlərə yol aldım,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Başda baş bədənsiz olarXəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.