Mus: Oqtay Kazıminindir

Mən könüllü bu yerlərə yol aldım,Haray saldı ürəyimdə qəriblik.Güldürdülər, üzdən azca qımışdım,Hər arzumda, diləyimdə-qəriblik.

Bir gözəl qız bizə yemək gətirdi,Xörəyində, çörəyində-qəriblik.Qoca qadın dedi, oğul darıxma,Mənə oğul deməyində-qəriblik.

Uşaq gördüm Müşfiqimə oxşadı,Fəqət, baxıb gülməyində-qəriblik…Demə adi bir daş belə vətənmiş,Bu yerin daş-kəsəyində-qəriblik…Qəribliyin yuxusunda vətən var,Yoxsa qalan hər şeyində-qəriblik…

1967.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке