Yenə yetişdi əlim vəsli-yarə, eşq olsunKi, həsrət olmadım ol gülüzarə, eşq osun!

Xəzan zamanı keçib, bülbülüm, fəğan etmə,Qızıl çiçəklər açan novbaharə eşq olsun!

O gül ki, üzmüş idim, ondan öz ümid əlimi,O indi ətir verir laləzarə, eşq olsun!

O sevdiyim gözəlin, ah, o nazənin mələkinDünən camalını gördüm dübarə, eşq olsun!

Ayırmaq istər idi məndən ol nigarı fələkKi, düşmədim aləmi-intizarə, eşq olsun!

Çəkib kənarinə hər bülbül indi öz gülünü,Gül isə baxmayacaq bir də xarə, eşq olsun!

Bu qara gözlüləri bunca sevmişəm, Vahid,Nə yaxşı olmamışam bəxtiqarə, eşq olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви