Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun
Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun,Yəqin ki, bu qara gözlər belə xətt ilə xal olsun.
Dişin inci, ləbin qönçə, gözündür nərgisi-şəhla,Bu nemətlər sənin vardır, bəşərdə bu məhal olsun.
Qılıb pürnur dünyanı günəş göy üzrə, ey məhru,Üzün nurun ona göstər, görən tək infial olsun.
Xəyali-səhv edib, ey məh, qaşın mehrabə bənzətdim,Xəmidə qaşlarıntək, haşəlilləh, bir hilal olsun.
O zülfə şanə vur axır pərişan eylə sünbültək,Dili-üşşaq əgərçi istəsən aşüftəhal olsun.
Kimin zülfünə, Vahid, ehtimad etdim, könül verdim,Cahanda görmədim bir yar məntək əhli-hal olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gozel-muskul-senintek-bir-nefer-sahibcamal-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dil bilən, söz anlayan bir nazlı yar istər könül,Lalədən, güldən gözəl, bir novbahar istər könül.
Fəda olum sənə, ey Yusifi-zəmanə balamFəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.
Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Ölməzdim, o zəncirdə divanə mən olsam!
Meyi-nabi oxuyur zahidi-bizövq həramMeyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.
Стихи других поэтов · О любви
آنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Hər kim ki, müştaq olmadı şol dilbərin didarinəHər kim ki, müştaq olmadı şol dilbərin didarinə,Yetişmədi Musa kimi anəstünarın narinə.
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm