Meyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.

Zahidin canibi-meyxanəyə düşsə güzarı,Kafərəm, məscidi bir dəfə də etsə o məqam.

Pənd ləğv ilə firib etmə məni, ey naseh,Düşmərəm rişteyi-damə, sənə verməm də lican.

Məni bir məst qıl huşyar ikən, ey saqi, aman!Sən şəhim, taci-sərim, dərgəhinə mən də qulam.

Zahida, etmə məlamət mey üçün eşq əhlin,Abi-kövsərdir meyim, saqiyi-gülçöhrə imam.

Meyə oxşatdı töküb qanımı ol qönçədəhən,Qanımı gördü, odur, qana dönüb mey də tamam.

Bu dili-zarini, Vahid, elə dildarə fəda,Qanını tökməyə müjganları çəkmişlə nizam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви