Fəda olum sənə, ey Yusifi-zəmanə balam
Fəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.
Ölüncə üzmərəm əl səndən, ey vəfa kani,Bu qədr aşiqini çəkmə imtahanə, balam.
Nə müddət idi sənin həsrətəm camalına mən,Olubdur seyli-sirişkim üzə rəvanə, balam.
Bu fani dəhrdə, billah, məni-fələkzədəni,Bəla xədənginə sən etmisən nişanə, balam.
Görəndə xalini könlüm quşu fəqanə gəlir,Necə ki, nalə edir quş görəndə danə, balam.
Əgərçi canımı almaqdı xahişin, söylə,Bu sirri saxlama pünhan, gətir bəyanə, balam.
Əsiri-zülfün olandan şikəstədir Vahid,Gəlir fəğanə, edər quş kimi təranə, balam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-feda-olum-sene-ey-yusifi-zemane-balam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aləm deyir, istəklin əcəb nazlı mələkdir,Hər şivəsi min hiylədir, hər nazı kələkdir.
Hər aşiqə öz istədyi yarı gözəldirHər aşiqə öz istədyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
Könlüm sənə pabəstədir, ey şux, bir ildirKönlüm sənə pabəstədir, ey şux, bir ildir,Nə öldürür eşqin məni axır, nə dirildir.
Xəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdirXəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdir,Mənə əbrulərin mehrabi-məsciddən müqəddəmdir.
Стихи других поэтов · О любви
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Cahü dilmi qoymuşam yolunda mən ey dilrübaCanü dilmi qoymuşam yolunda mən ey dilrüba,Taki uyxuda görər mən sən təki bir məhliqa.
Xoş gəlmisənBu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm