Axşam düşür...Evlərin kölgələri uzanır,Evlərin divarında dördkünc günəşlər yanır.Günəşlər...Solğunu var, parlağı var, nurlusu var,Aydın, uğursuzu var,Tutqun – uğurlusu var.Birində cingiltili körpə gülüşü yanır,Birində məhəbbətin ilkin görüşü yanır.Birində sönüb gedən həyatın son ziyası.Birində yas,Birində şən “Vağzalı” havası.Birində nur zəkası bir xalqın, bir millətin,Birində son çınqısı sönən qara niyyətin.Biri sönür,O biri sübhə qədər alışır,Biri Ayla, ulduzla, kəhkəşanla danışır.Hərəsində bir tale,Ağlı-qaralı xəbər...Dan yeri qızarınca yanır dördkünc günəşlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов