Qağayı uçmayır yad sahillərə,Doğma oylağından keçə bilməyir,Bəlkə buna görə uzaq bir yerəQağayı heç zaman uça bilməyir.

Balaca qaranquş ellər dolanır,Qışı cənubdadır, yayı şimalda.Leyləklər dağ aşır, çöllər dolanır,Özünə yem gəzir yamacda, yalda.

Günəşin eşqiylə durna qatarıSüzür göy üzündə belədən-belə.Ancaq yüz dadlı vəd qağayılarıUçura bilməyir başqa sahilə.

Qağayı uzağa uçmur bir an da...Daim düşünürəm bu hikməti mən:Nədəndir şaxta da, qar da, boran daOnu qova bilmir öz sahilindən?!

Yemək tapmasa da uçmur uzağa,Ötür nəğməsini gah şən, gah həzin,Bənzəyir əzilmiş bir ağ varağaDoğma sahilində doğma dənizin.

O düzür sahilin dənsizliyinə,Dözür sərt küləyə, dözür sazağa.Cənnətin özünü bağışla, yenəQağayı yerindən uçmur uzağa.

Keçib min qərinə, keçib min fəsil,Məsəl də yaranıb onun dilində:“Qağayı həqiqi qağayı deyilUzağa uçubsa öz sahilindən”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов