Saçlarını ağartmış həqiqət var cahanda:“Sifət aydın görünməz üz-üzə dayananda.”İnsanlar öz yurdunun keçmişini ananda,Bu günüyçün övladtək alışanda, yananda –Kənardan bax özünə.

Azərbaycan ölkəsi! Dünya görmüş məmləkət,Əzəl eşqi həqiqət, saflıq, düzlük, sədaqət.Müsafiri məhəbbət, andı namusla qeyrət.Bir gün bəyaz süfrətək ləkələnsə bu xislət –Kənardan bax özünə.

Vətən böyük – şəhəri, məhəlləsi, kəndi var,Məhəlləni vətənə döndərənlər indi var.Fikrində hər küçəyə çəkir min sədd, min divar.Onlar desə: el üçün öldü yoxdur, döndü var –Kənardan bax özünə.

Həyat yollarındadır sınıqlıq da, zəfər də,Müsafirdir bizimlə sevinc də, qəm-kədər də,Qarşıda düz yol da var, qorxulu döngələr də.Onunçün bir uğurlu, bir uğursuz səhərdəKənardan bax özünə.

Öz qınını kəsməmiş heç vaxt qılınc tiyəsi,Ləyaqəti, nöqsanı düşündürsün hər kəsi,Haçan, harda oxunsa Sabirin “Fəxriyyə”siSən xəcalət çəkərək dinləməsən bu səsi –Kənardan bax özünə.

Tale iki üzlüdür – biri ağ, biri qara,İki möhür də vurur bir elli torpaqlara.Desələr ömrünü ver, sağalacaq bu yara,Bu vaxt sına özünü, çəkil bir az kənara,Kənardan bax özünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине