Qızım Ülkərə

Heç nə istəmirəm,Ay dost, quşlarınSəhər nəğməsini mənə bağışla.Bu sübh şəfəqinə vurulmuşlarınBitməz həvəsini mənə bağışla.

Görüm yarpaqların üstə şehi də,Sükut nəğmə kimi axsın sinəmə.Saflığın nəfəsi səhər mehi dəŞəfqətli əlini çəksin çənəmə.

Gecə növbəsindən evə qayıdanO yorğun üzləri ilkin mən görüm.Göylərdən siləndə gümüş Ayı danYuxusuz gözləri ilkin mən görüm.

Yığım göy üzündən son qaranlığıYanağa tökülən qara saç kimi.Günəşin qızılı hökmranlığıQoyulsun başıma qızıl tac kimi.

Kaş ki gözlərimdə gülə dan yeri,Bir ömrə vermərəm bu ani vaxtı...Gecə rəngindədi hələ dan yeni,Ulduzlar oyaqdı, qəmər oyaqdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов