Qədim Fərqanədən azca aralıŞahi-Mərdan adlı kiçik bir kənd var.Şahi-Mərdan çayı səsli-havalıOnun ətəyində axar, çırpınar.

Sahildən-sahilə sürtər üzünüAnanı itirmiş bir ahu kimi.Bir dərdin şahidi sanar özünüAxsa da dağlardan adi su kimi.

Çayın sahilində daş qalağı var,Bənzəyir bu qalaq kiçik ehrama.Bir zaman atılıb həmin bu daşlarŞerə, musiqiyə, təbə, ilhama.

Daşlar çopur-çopur, həndir-hamardır,Daşlarda izi var qurumuş qanın.Daşlarda bir qatil görkəmi vardır,Daşlar yarasıdır Özbəkistanın.

“Daşqalaq olunsun Həmzə Niyazi!” —Verildi baharda bu qara fitva.Dedilər: “Düşməndir bizə Niyazi!”Həm də bu sözləri xalq dedi guya.

Xalq bunu oğluyçün deməz heç zaman,Bunu molla dedi, ya işan dedi.Bu sözü bir ovuc xalqını satan,Lakin xalq adından danışan dedi.

Xalqın əli qalxmaz durub daş atsınÖz şair oğluna, bəstəkarına,Əlləri şairin qanına batsın,Gəlib daş yağdırsın öz vüqarına.

O hansı xalqdır ki, dili var gələ“Satqın, xalq düşməni” deyə şairə.Tarix belə bir xalq tanımır hələ,Siz baxın illərə, qərinələrə.

Fitva verilmişdi...Atıldı daşlar,Yağdı yaz gününün yağışı kimi.Öldü bir kommunist, şair, bəstəkarDodağı nəğməli qu quşu kimi.

Şair bir yaz günü daşqalaq oldu,Lakin əyilmədi şair vüqarı.Bu, xalqın köksündə çarpaz dağ oldu,Xalq yığıb saxladı həmin daşları.

Saxladı bir qəmli hekayət kimiZümrüd sahilində Şahi-Mərdanın.Durur əfsanəli həqiqət kimiDaşlanmış ürəyi Özbəkistanın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине