Sənin əsərin
Məndən incimisən,Deyirsən niyəSənin əsərində rol götürmədim.Özün bilirsən ki, mən bu səhnəyəÖtəri şöhrətçün gəlib girmədim.
Qrimi üzümə çəkdiyim gündənGüdmədim alqışı, quru ad-sanı.İstərdim sənin də əsərinin mənOlaydım birinci baş qəhrəmanı.
Xoşuma gəlmədi əsər,Doğrusu,Durğun gölməçətək dayazdır yazın.Axı, nə zamandan bostan oğrusuBəlası olubdur həyatımızın?!
Səndə bir kilodan yeddi qram ətKəsən bir satıcı faciəmizdir.Balaca oğrular səndə fəlakət,Azman oğrularsa safdır, təmizdir.
Bəlkə çəkinirsən?Qorxursan bəlkə,Yazmırsan ağı ağ, qaranı qara?Bilirsən, anadır bizim bu ölkəAzad bir sənətə, mərd sənətkara!
Bir zaman Şekspir kralı, şahıÇəkirdi səhnəyə mərdi-mərdana.Lordu, kardinalı, hətta allahıÇəkirdi səhnəyə – haqq divanına.
Sən yaxşı bilirsən:Heç bir əsrdəBaqqal, ya dükandar bəla olmayıb.Həqiqət nəfəsli heç bir əsərdəKiçik bir alverçi rüşvət almayıb.
Yazıb bir felyeton söhbətini sən,Deyirsən:Bax, budur, əsrin azarı.Milçəyi vurursan top lüləsindən,Hanı əsrimizin qəhrəmanları?!
Böyük bir yürüşə başlamışıq biz,Bu yolun dönməyən igidləri var.Onları göstərsin gərək səhnəmiz,Onları göstərsin gərək sənətkar.
Səhnəyə gəldiyim zamandan bəriNeçə əsər gördüm, neçə rol, ay dost!Doğrudur,Alverçi, baqqal, sərsəriBu nəhəng səhnəyə tapıb yol, ay dost!
Fəqət yadımızda qalmayıb əsla,Təbaşir tozutək silinib onlar.Lakin soyumayan bir ehtiraslaYaşayır dağ yaran mərd qəhrəmanlar.
Hanı səhnəmizin yeni Alması?Hanı qalstuklu İmamyar, ay dost?Onların bitməyib hələ davası,Başqa görkəm alıb vuruşlar, ay dost!
Yüksək röyasətli adamlar var ki,Nitqində qurbandır vətənə, elə.Bərkdə öz sözündən elə qaçar ki,Eli də, xalqı da salar əngələ.
Keçmiş muzdurlar var – zadəganlaşıb,Keçmiş nökərlər var – ağalaşıbdır...Qurdlar var – quzutək mehribanlaşıb,Quzu var – qurd kimi həddin aşıbdır.
Bunları göstər ki, şanlı səfərdəBuxov olmasınlar ayağımıza.Böyük söhbətlərdən doğur əsər də,Kim gəlib tamaşa edər cılıza?!
Səhnəyə əzəldən deyiblər güzgü,Demək o, həyatı göstərsin gərək.Sənin əsərini oxudum...Düzü,Orda nə həyat var, nə baş, nə ürək.
Xoşuma gəlmədi əsər...Doğrusu,Durğun gölməçətək dayazdır yazın.Axı, nə zamandan bostan oğrusuBəlası olubdur həyatımızın?!
Yanvar-mart, 1970
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-senin-eserin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəlbimtək tutqundur payız səması,Axır gözlərimdən yaş gilə-gilə,
Dənizdə Ay çimirdiDənizdə Ay çimirdiYanaqları gümüşü.
Gözləyirsən onu könlündə ümidGözləyirsən onu könlündə ümid,Gözlərin yol çəkir həsrətlə yenə,
Sən dedin: – Ay gözəldi!Sən dedin: – Ay gözəldi!Qəmər xoşuna gəldi...
Стихи других поэтов
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm