Daim düşünürəm çay daşlarını:Sabuntək sürüşkən, məxmərtək hamar.O daşlar bülluru, göz yaşlarını,Yaqutu, zümrüdü xatırladırlar.

Saymaqla qurtarmaz rəngi, çeşidi,İstəsən aylarla sındır başını.O adam hünərli, igid kişidi, —Üzünü göstərsin bir çay daşının.

Sahildən-sahilə çırpdıqca sellərSürtülüb, itirib əzəl şəklini,Sanki cilalayıb onları əllər,Sanki bütövlənib tingəsi, tini.

Hər yanı sifətdir, üzdür büsbütün,Saymaq bu üzləri — əmri-mahaldı.Sürtük çay daşları nədənsə bu gün,Çoxsifət bir şəxsi yadıma saldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов