Ürəyim
O nə Astaraçaydır, nə Arazdır, nə də Kür.Yaz ayları gələndə coşur, daşır, köpürür.Yayda suyu azalır.Görürsən ki, sozalır,Tamam quruyur bəzən.Ona Bolqarçay demiş babalar da əzəldən.Elə ki sərt keçdi qış,Elə ki bol oldu qarBolqarçaya sığışmır yazda köpürən sular.O tayda BiləsuvarBu tayda BiləsuvarVətən xəritəsində axtarsan beləsi var.Bu bir kənddir Bolqarçay ayırmışdır ikiyə.(Yenə çayı danladıq “günahkar sənsən” deyə!)Çayın sahillərini gəzirik dostlarla biz,Qatarlıdır belimiz, tüfənglidir əlimiz.Payız ov mövsümüdür: uçur turac, qırqovul,Göydə nişan almağa oğul istərəm, oğul!Kolluqlarda tuşlanır ov dalınca lülələr,Ləzzəti var, yalançı ovçulara gülələr!Göyəmli dərələrdə dil-dil ötür turaclar.– daaat-da-da-dat-da-da!Əks eləyir yamaclar,Dayanıb bir tərəfdə ovçuların hərəsi...Birdən ayağım altdan çilli turac fərəsiQaqqıldayıb sıçrayır, üz tutur o sahilə.Sinəmdəki çırpınan ürəkdir, nədir belə?!Turac deyil, qəlbimdi uçdu ora quş kimi,Tüfəngi qaldırmıram yerimdə donmuş kimi.Ovçular gülür mənə:– Nə vicdansız quşdu bu,Niyə səni görəntək dayanmadı, uçdu bu?!Xəyalımı dağıtmır nə söhbət, nə zarafat,Nə ovçu dostlarımın saldığı bu partapart.Baxıram o sahilə uçub gedən turaca,Yox, baxıram sinəmdən qopan ürək dalınca!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-ureyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Vaxtın dəyirmanında daş əridi, qum oldu,Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,