Kəndli balası
Mən həmin o kəndli balasıyam ki,Havadan duyaram ilin fəslini,Ölüncə bu sayaq qalasıyam ki,Mənə deməsinlər danıb əslini.
Südü badyasında tanıyıram mən –Ala inəyindir, qızıl inəyin,Sözü mənasından tanıyıram mən –Saxta ürəyindir, təmiz ürəyin.
Mən həmin o kəndli balasıyam ki,Əlimdən getməyib buğdanın ətri.Ömrümdə bir hava çalasıyam ki,Hər səmtə əsməyim nəfsimdən ötrü.
Götürüb başımdan şlyapamı mən,Əlvan qalstuku açıb boynumdan,Torpağı bellərəm özüm yenidən,Bir xalvar götürəm bir qarış şumdan.
Naxırı, sürünü özüm otarram,Hansı iş mənimçün mümkün olmayıb?!Çörəksiz qalaram, susuz oturram,Zəhmətsiz qaldığım bir gün olmayıb.
Durur o çəkdiyim arxlar hələ də,Şagird dəftərində xətlərə bənzər.Mən suya, torpağa yaxşı bələdəm,Bir damcı tər töksən bir dünya verər.
Mən həmin o kəndli balasıyam ki,Zəhmət böyüdübdür neçə nəslini.Ölüncə bu sayaq qalasıyam ki,Mənə deməsinlər danıb əslini...
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-kendli-balasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.
Tarizən, çaldıqca qurtarmır yenəTarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!
Yaman oxşayırsan, deyirlər, mənəYaman oxşayırsan, deyirlər, mənə,Qaşların, gözlərin guya mənimdir.
Adsız şeirlərimAd qoymuram sizə mənTəzə olmuş uşaqtək.
Стихи других поэтов
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
به سر زلف تو کز زلف تو سر مینکشمچه کنم نیست جز اینم سر سودای دگر
QaldıBahar vaxtı yol başdadım Təbrizə,Günüm qaldı, ayım qaldı, il qaldı.