VURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.Qabaq-qənşər dayanmısan, tanıyırsan düşməni.Vurulmuşam kürəyimdən – bu kəmfürsət bir əldir,O, boynuma keçirər də bir sabunlu eşməni.

BÖLÜNMÜŞƏM tikə kimi, bölünmüşəm zər kimi,Elə bil ki, bölünməkçün doğulmuşam anadan.Hər bəlaya, hər əzaba mən dözərdim ər kimi,Bax, bircə bu bölünməkdir ürəyimi qanadan.

Bəzən məni görmək belə istəməyib düşmənim,Öz varlığım ola-ola gəlib özgə üstünə.Bu ÜSTƏGƏL! Toxunsa da qüruruma bu mənim,Namərd olub durmamışam özgəsinin qəsdinə.

ÇIXILMIŞAM siyahıdan, ali-ali məclisdən,Çıxılmışam ləziz-ləziz nemətli süfrələrdən.Bəzən də heç bilməmişəm təsadüfən, ya qəsdənÇıxılmışam o yerdən ki, olmalıydım orda mən.

Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,Fəqət yenə yerimişəm, dönməmişəm əlbəəl.Sən bilmirsən ömrüm boyu yüz yol gəlib başımaVURULMA, bu BÖLÜNMƏ,Bu ÇIXILMA, ÜSTƏGƏL.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов